• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ayşə Kərimova: “Saqqalından öpərdim”– BEŞMƏRTƏBƏ

Ayşə Kərimova: “Saqqalından öpərdim”– BEŞMƏRTƏBƏ

Publika.Az-ın "Beşmərtəbə" layihəsinin qonağı Türkiyədə yaşayan azərbaycanlı jurnalist Ayşə Kərimovadır.

Dəyişmək istərdinizmi?

1.İllərin sürətini...

- Yox. Çünki o dünyada həyata keçirəcəyim planlarım var.

2.Çevrənizi...

- Yox. Çevrəmdən məmnunam.

3. Adınızı...

- Hə. Başqa millətə aid ad daşımaqdansa öz millətimin adıyla çağırılmağı tərcih edərdim.

3.Yaşınızı...

- Yox. Yaşımla da, başımla da dostca yaşayıram.

-

5. Bədəninizi...

- Yox. Qənaətbəxşdir.

Görüşməyi arzulardınızmı?

1.Yadplanetlilərlə...

- Hə. Bizdən aldıqları 3-cü bəsirət gözümü geri almaq istərdim.

2.İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Yox. O sancıları yenidən yaşamağa cəsarətim yoxdur.

3. Məhəmməd Füzuli ilə...

- Hə. Saqqalından öpərdim.

4. Vanqa nənə ilə...

- Yox. Kəhanəti sevmirəm.

-

5. İlk insan olan Adəmlə...

- Hə. Onu Həvvanın əlindən alardım, daha doğrusu, Həvvadan qoruyardım

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

- Hə. Daha çox da uşaqlığımdakı tut bağları üçün.

3.Uzaq bir yer üçün...

- Hə. Uzaqları sevirəm

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Yox. Onlara daha çox həsəd aparıram.

4. Gələcəyi gözləməkdən...

- Yox. Anla yaşadığım üçün gələcək məni maraqlandırmır.

5. Bəzən səbəbsiz...

- Yox. Səbəbsiz darıxanlar boş insanlardı.

Oxuya bilirsizmi?

1.Hər gün kitab...

- Yox. Hər gün gecə yuxum gəlsin deyə kitab oxuyanlardan deyiləm, kitabı yorğun olmadığım zamanlar oxuyuram.

2. Hər səhər qəzet...

- Hə. Vərdişim var.

3. Elektron material...

- Hə. Daha əyləncəli olur.

4. Mahnı...

- Yox. Səsim qarğanın səsinə oxşadığı üçün özümə işgəncə vermirməm.

5.İnsanları üzündən...

- Hə. Hətta bağırsaqlarına qədər.

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

- Hə. Hətta özümdən daha çox.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox. Belə getsə bəşəriyyətin bədbəxt gələcəyinə inanacam.

3. Allaha...

- Hə. Tanrıya inancı güclü olanlardanam.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Yox. Vədlərə heç inanmıram.

5. “Siz hamıdan yaxşı adamsınız” sözünə...

- Yox. Çünki belə olmadığını özüm də bilirəm.

Günay Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR