• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bankomatların sayı çoxalacaq

Bankomatların sayı çoxalacaq

“DSMF Azərbaycanda bankomatların sayının artırılması ilə bağlı banklar qarşısında tələblər qoyub”. Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında DSMF sədri Elman Mehdiyev bildirib.

Son vaxtlar bankomatlarının sayının azaldığının müşahidə olunduğunu deyən Fond sədri bildirib ki, qurum tərəfindən bununla bağlı tez-tez monitorinqlər aparılır:

“Texniki nasazlıq və bankomatların təmiri səbəbindən bankomatlar yığışdırıla bilər. Biz ildə iki dəfədən az olmayaraq yeni dislokasiya ilə bağlı banklar qarşısında tələblər qoyuruq. 300-dən artıq yeni bankomat gətirilib”.

Lakin problemin təkcə bankomatların sayı ilə bağlı olmadığını bildirən Fond sədri bildirib ki, bankomatların qurulması üçün bir sıra tələblər qoyulur. Bu, heç də bizim istəyimizdən asılı deyil. DSMF sədri həmçinin qeyd edib ki, "Pensiya +" layihəsi də bununla bağlıdır. Məqsəd odur ki, pensiyaçılar post-terminallardan da istifadə edə bilsinlər.

Hazırda Azərbaycanda 3500-dən yuxarı post-terminal qurulduğunu deyən E. Mehdiyev bildirib ki, bunlardan geniş istifadə bankomatların yükünü azaldacaq. Onun sözlərinə görə, Fond həm də bu məqsədlə kartların çoxfunksiyalılığını artırmağa nail olub.

DSMF sədri həmçinin qeyd edib ki, hər kəs öz pensiyasını özü formalaşdıracaq: “ 2014-2020-ci iillər Azərbaycan Resppublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası" məhz buna yönəlib. Hazırda konsepsiyanın reallaşdırılması üçün bir sıra addımlar atılır. Məhdudiyyətlərin aradan qaldırlması konsepsiyanın əsas məqsədidir”.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR