Nazirlik ekologiyanı pozanları cərimələdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik ekologiyanı pozanları cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyi pozanlarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində 197 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 87 müddətli “məcburi göstəriş” verilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi müəyyən edilib.

Ümumilikdə 28 iş üzrə 467600 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 202396.14 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 176 iş üzrə 26945.7 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına isə 21 iş göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm