İstintaqdan gizlədilən silah-sursat tapılıb
Bizi izləyin

Qırmızı.az

İstintaqdan gizlədilən silah-sursat tapılıb

Penitensiar Xidmət əməkdaşları istintaqdan gizlədilmiş silah-sursat aşkar ediblər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindənPublika.az-a verilən məlumata görə, Xidmətin əməliyyat-rejim idarəsinin və Müalicə müəssisəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü, AR Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məsuliyyətiə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Əmirov Sərvər Xanış oğlu həbsdən əvvəl Yardımlı rayonunda yaşadığı evin yaxınlığından sellofan bükülüdə tapdığı odlu sialh və sursatı könüllü təhvil vermək istədiyini bildirib.

Təqsirləndirilən şəxs S.Əmirovun qohumu Yardımlı rayon sakini İsmayılov Vüsal Asif oğlu vasitəsilə təhvil verilən, darağında gülləsi olmayan, “ATMAGA-2004-Light” tipli 1 ədəd tapanca, həmin tapancaya məxsus 95 ədəd 9 mm kalibrli patron və AKM markalı avtomat silaha məxsus içərisində 5-45 kalibrli 22 ədəd güllə olan 1 ədəd daraqdan ibarət silah-sursat Penitensiar Xidmət əməkdaşlarının iştirakı ilə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm