İspaniya televiziyası bizdən danışacaq
Bizi izləyin

Qırmızı.az

İspaniya televiziyası bizdən danışacaq

Noyabrın 10-da yerli vaxtla saat 22:00-da İspaniyanın “Telemadrid” televiziya kanalında Azərbaycana həsr olunmuş veriliş yayımlanacaq.

Publika.az Azərtacın yerli müxbirinə istinadən xəbər verir ki, “Madrilenos por el mundo” verilişinin növbəti buraxılışının Azərbaycan həsr olunduğu barədə anons verilir. Qeyd olunur ki, dünyanın nisbətən az tanınan bölgələrindən biri Azərbaycanın paytaxtı Bakı göydələnləri, otelləri ilə seçilən, küçələrində bahalı avtomobillər şütüyən müasir şəhərdir. Bildirilir ki, Azərbaycan tarixi “İpək yolu”nun bir hissəsidir, mədəniyyətlərin qovuşuğunda yerləşir, neftlə zəngin ölkədir. Həmçinin, 2015-ci ildə ilk Avropa Oyunlarının da Bakıda keçiriləcəyi, ölkəmizin sürətli inkişaf göstəricisi kimi qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm