Fəzail Ağamalı: ”Birinci sinif şagirdinin başında hicab görəndə ağlım başımdan çıxır”
Bizi izləyin

Qırmızı.az

Fəzail Ağamalı: ”Birinci sinif şagirdinin başında hicab görəndə ağlım başımdan çıxır”

"Birinci sinfin şagirdinin başında hicab görəndə ağlım başımdan çıxır. Axı hicab islamın vacib atributu deyil. Hicabla bağlı qərarı gənc qızlar 18 yaşı tamam olandan sonra verməlidir.

İslamın əsas atributu insanlara yardım etmək, böyük əxlaqi dəyərləri öz hərəkətində nümayiş etdirməkdir".

Publika.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Fəzail Ağamalı “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilən treyninqdə deyib.

Millət vəkili bildirib ki, hicabla bağlı ölkəmizə təzyiqlər olur. Bunu Azərbaycanın əsas probleminə çevriliblər. Dini təriqətlərin yayılmasında mollaların roluna toxunan millət vəkili onların bir sıra ölkələrin siyasətini təbliğ etdiyini deyib:

“Bəzi din xadimləri yas mərasimlərində ləhcələrini dəyişir, müxtəlif xarici qüvvələrin təsirinə düşürlər. Azərbaycan əleyhinə formalaşmış din adamları ölkəmizə gələrək İranı, farsı təbliğ edir. Ölkəmizdə din təhsili alan gənclərimiz buna imkan verməməlidir. Xarici qüvvələr müxtəlif təriqətlərdən Azərbaycana qarşı istifadə edir. Azərbaycanda heç vaxt təriqət olmayıb. Bu gün bu məsələnin qabarıq şəkildə üzə çıxmasının başlıca səbəbi Azərbaycanı istəməyən qüvvələrin işidir. Saqqal uzatmaq İslam dininin vacib atributu deyil. Bu ənənə vahimə elementi kimi diqqət çəkir. Mən bu yaşımda belə saqqallı insan görəndə vahimə keçirirəm. Qloballaşma prosesində milli dəyələrimizi, dilimizi və dinimizi qorumalıyıq. Bunun üçün gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərə qarşı təhdidlərin bir yolu da sosial şəbəkələrdir. Bu şəbəkədə gənclərimiz aktiv olmalı, azərbaycana qarşı təhdidlərin qarşısını almalıyıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm