Binəqədidə Bayraq Günü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Binəqədidə Bayraq Günü - FOTOLAR

Bu gün Binəqədi rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Publika.az-ın məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) təşkil etdiyi tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, əsgərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı, qonaqlar və tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş və dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirmişlər.

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşən bayram tədbirində Dövlət himni səsləndirilib. Tədbirin rəsmi hissəsində çıxış edən Q.Paşayeva qürur mənbəyimiz olan bayrağımıza bəslənən sevgidən danışaraq öz səmimi hisslərini ifadə edib. Millət vəkili bayrağa olan sevgini Vətən sevgisinin əsas şərti kimi, bayrağı, Vətəni qorumaq və onun maraqlarını hər şeydən üstün tutmaq olduğunu diqqətə çatdırdı.

Bayram tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərovun çıxışı ilə davam edib. Tədbirin mahiyyətinə xas rəsmiyyətlə yanaşı, RİH başçısının çıxışında səmimi hisslərin ifadəsi də aydın sezilirdi. X.İsgəndərov bayrağa, Vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasının hər kəsin vəzifəsi olduğuna toxunub, bu vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyi Prezident İlham Əliyevin göstərdiyini vurğulayıb. RİH başçısı deyib ki, ölkə rəhbərinin Azərbaycanın tərəqqisi və çiçəklənməsi uğrunda yorulmaz fəaliyyətinin əsasında məhz Vətən sevgisi dayanır.

Bədii hissə ilə yekunlaşan bayram tədbirində respublikanın xalq artisti Azər Zeynalovun ifasında səslənən bir-birindən gözəl və vətənpərvərliyi tərənnüm edən mahnılar tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm