Deputat şou əhlini “topa tutdu”
Bizi izləyin

Qırmızı.az

Deputat şou əhlini “topa tutdu”

124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən seçilmiş deputat, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin üzvü Elman Məmmədov Qarabağ probleminə biganə yanaşan şou-biznes nümayəndələrini və imkanlı biznes adamlarını sərt tənqid edib.

Deputat E.Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, bu, bütün Azərbaycanın ən ağrılı problemlərindən biridir: “Mirzə Ələkbər Sabirin yazdığı “Hophopnamə”nin çap olunması üçün lazım olan pulu da bizim ovaxtkı düşmənlərimiz verib. Pulu da ona görə veriblər ki, “Hophopnamə”də belə bir misra var: “Cin görürəm, şeytan görürəm, qorxmuram, harda müsəlman görürəm, qorxuram”. Məgər o zaman Azərbaycan milyonçuları yox idi? Bəylər yox idi? Əlbəttə ki, var idi. Sadəcə olaraq, biz lazımı sahələrə pul xərcləməyə hər zaman biganə qalmışıq. Ancaq lazım olmayan yerlərə milyonlar qoyub, ondan ləzzət almağı bacarmışıq. Çox təəssüf ki, reallıq belədir. İndi mən günahı şou əhlində görmürəm. Əsas günah həmin şou əhlinə 24 saat ərzində bütün Azərbaycan efirini verən televiziya kanalları rəhbərlərindədir. Günah birbaşa onların üzərindədir”.

Deputat qeyd edib ki, həmin şou əhlini varlı və imkanlı edən Azərbaycanın bugünkü cəmiyyətidir: “Şou əhlini populyar edən, tanıdan və pullar qazandıran da bu cəmiyyətdir. Şou nümayəndələrinin əksəriyyəti Azərbaycanın işğal olunmuş rayon və şəhərlərinin işğal günlərini belə bilmirlər. Heç onları bu maraqlandırmır belə”.

E.Məmmədov deyib ki, lazım olsa, bu məsələni Milli Məclisdə də gündəmə gətirəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm