Tanklar düşmənlə sərhəddə niyə yığılır? - Nazirlikdən açıqlama
Bizi izləyin

Qırmızı.az

Tanklar düşmənlə sərhəddə niyə yığılır? - Nazirlikdən açıqlama

Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində qarşı tərəfi atəşkəs rejimini 2000 dəfəyə qədər pozub. Bunu Müdafiə NazirliyindənANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər.


"Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub",- deyə nazirlikdən vurğulayıblar. Məlumata görə, cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulmasının qarşısını almaq üçün əlavə tədbirlər görülür: “Müdafiə nazirinin əmrinə uyğun olaraq bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir”.


Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində “Azərbaycan tanklarını sərhədə yığır” kimi başlıqlı yazıların dərc olunması məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu fikirlər həqiqətə uyğun deyil: “Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır”,- deyə nazirlikdən göndərilən məlumatda vurğulanır.


Nazirlikdən bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması məqsədi ilə bağlı da tədbirlər görülür: “Döyüş hazırlığı planına uyğun olaraq mütəmadi olaraq təlim toplantıları və məşğələlər, bilik və təcrübələrin artırılması məqsədilə hərbi qulluqçularımızın beynəlxalq hərbi təlimlərdə iştirakı təmin edilir, ixtisasartırma kursları keçirilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm