Qənirə Paşayeva Bartın valisinə Ermənistanın dağıtdığı camilər,tarixi abidələrimizdən danışıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Bartın valisinə Ermənistanın dağıtdığı camilər,tarixi abidələrimizdən danışıb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Bartına səfəri zamanı Bartın valisi Seyfettin Azizoğlu ilə görüşüb.

Görüş zamanı Türkiyə - Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığını deyən millət vəkili bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib. “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır.

Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ermənistan həm bu ölkədə həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus çoxlu sayda camiləri, tarixi abidələri, qəbirstanlıqları məhv etdib və bu vandalizm aktlarını bu gün də davam etdirir. Ermənistanın 20 ildən artıqdır ki, bütün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayaraq işğalı davam etdirməsi, 1 milyondan çox azərbaycamlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evinə dönə bilməməsi, yaşadıqları böyük ağrı və acılar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vamdalizm aktları, dağıtdıqları camilər, tarixi və mədəbi abidələr, qəbirstanlıqlarımız barədə, girov götürdüyü insanlarımıza qarşı törətdikləri insanlıqdan kənar əməllər və son günlər girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklərdən danışaraq bu ağrı və acılar hər bir türk insanını ciddi narahat etməlidir deyib.

Biz Azərbaycan və Türkiyə olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qondarma erməni soyqırımı yalanlarına qarşı birgə mübarizəni daha da gücləndirməliyik. Mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik ”. Millət vəkili Qənirə Paşayeva Bartın valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və geniş məlumatlar verib. Valiyə kitab barədə məlumat verən millət vəkili bildirib ki, kitabda Xocalıda soyqrıma məruz qalan insanların yaşadıqları ağrı-acılar onların öz dillərindən təqdim olunub. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Bartın arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: "Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Bartınnın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.” Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində Bartınnın da yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahiblənmək duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar.

Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva Bartın valisi Seyfettin Azizoğlu ölkəmizə dəvət edib. Bartın valisi Seyfettin Azizoğlu da öz növbəsində görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bartın valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları ,matreialları ,rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağı hədiyyə edib. Qarabağın Azərbaycan musiqisində oynadığı böyük rol və yerdən danışan millət vəkili Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib. Bartın valisi də millət vəkili Qənirə Paşayevaya Bartın ilə bağlı materiallar, kitablar hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm