"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir"
Bizi izləyin

Qırmızı.az

"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir"

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Türk Dünyasının hər tərəfindən gəlmiş türkləri Ermənistanın girov saxladığı Dilqəm Əhmədovun və Şahbaz Quliyevin azad olunması üçün bütün dünyada səslərini ucaltmağa və fəallığa çağırıb.Millət vəkili Qənirə Paşayeva Türkiyədə Türk Dünyasının hər tərəfindən gəlmiş türkləri Ermənistanın işğalçılığı və erməni yalanlarına qarşı daha fəal mübarizəyə çağırıb.

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Türk Dünyasının hər tərəfindən gəlmiş türkləri Xocalı Soyqırımı həqiqətlərini daha fəal yaymağa çağırıb. Bartında çıxışı zamanı Qənirə Paşayeva Türk dövlət və toplumlarından gəlmiş qardaş-bacılarımız, aydınlara, ictimai-siyasi xadimlərə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.

Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlıərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkilstan, Kuzey Kıbris, Balkanlardan, İraqdan, Suriyadan, Rusiya daxilindəki türk kökənli xalqlar, bir sözlə dünyanın hər yerindən gəlmiş və bu gün burada olan qardaş-bacılarımıza səslənirəm birimizin sevincimiz hamımızım sevinci, birimizin acısı hamımızın acısı olmalıdır deyən millət vəkili Qənirə Paşayeva əgər belə bir düşüncə ilə addımlasaq daha da güclü olarıq və haqsızlıqlarla dolu olan dünyada bizə qarşı haqsızlıqlara və ədalətsizliklərə qarşı daha güclü müqavimət göstərərik və eyni zamanda daha çox inkişaf edər və daha da güclü olarıq deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib.

Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından, 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz evinə dönə bilməməsindən, Ermənistanın işğal etdiyi torpaqlarımızda camilərimizi, tarixi, mədəni abidələrimizi, qəbirstanlıqlarımızı dağıtmasından, son günlər girov götürdükləri azərbaycanılılara ...qarşı törətdikləri vəhşiliklərdən, onları hələ də girovluqdan azad etməmələrindən danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”, – deyən millət vəkili çıxışının sonunda tədbirdə iştirak edən türk xalqları təmsilçilərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablar, materiallar, sənədli filmlər hədiyyə edib. Tədbir çərçivəsində millət vəkili həmçinin İraq, Suriya, ŞKTC, Bolqarıstan, Balkanlardan, Krımdan, Rusiyadan gəlmiş bir sıra tük xalqlarının təmsilçiləri ilə ayrılıqda da görüşərək ətraflı fikir mübadiləsi aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm