Müalicəsi tapılmayan xəstəlikdə inqilabi yenilik
Bizi izləyin

Qırmızı.az

Müalicəsi tapılmayan xəstəlikdə inqilabi yenilik

Lund Universiteti alimləri siçanlar üzərində aparılan təcrübədən sonta sağalmaz parkinson xəstəliyinin müalicəsi zamanı kök hüceyrəsindən istifadə edə biləcəklərini açıqlayıblar.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlər 2017-ci ildən etibarən bu üsulu insanlar üzərində sınayacaqlarını deyiblər.

Alimlər belə hesab edir ki, bu yenilik parkinson xəstəliyinin müalicəsində önəmli addım olacaq.

İlk dəfə 1817-ci ildə Ceyms Parkinson tərəfindən kəşf edilən xəstəlik beyində hərəkətə nəzarət edilməsini təmin edən dopamin maddəsi hazırlayan sinir hüceyrələrinin itkisinə səbəb olur. Parkinson xəstəliyi titrəmə, əzələlərin sərtləşməsi, hərəkətlərin yavaşlaması kimi əlamətləri daşıyır. Xəstəliyin inkişafının qarşısı alınsa da, onun tam müalicəsi yoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm