Şokoladın qutusundan telefon çıxdı – Foto
Bizi izləyin

Qırmızı.az

Şokoladın qutusundan telefon çıxdı – Foto

Azərbaycanda cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Publika.az-a verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Namiq Oqtay oğlu Səmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu, Hafiz İslam oğlu Əbiyevin gətirdiyi sovqata baxış keçirilən zaman, 4 ədəd plastmas qabda olan maye halında şokaladın işərisində gizlədilmiş 6 ədəd Nokia markalı mobil telefon aparatları və onlara məxsus olan 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm