Bilik Fondunda Bayraq Günü qeyd edilib
Bizi izləyin

Qırmızı.az

Bilik Fondunda Bayraq Günü qeyd edilib

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Fikir şənbəsi” klubunda 9 noyabr – Dövlət Bayrağı Günü qeyd edilib.

Bilik Fondundan Publika.az-a verilən məlumata görə, Azərbaycanda ali təhsil alan əcnəbi tələbələrin də qatıldığı tədbirin qonağı Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev olub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, dövlət bayrağımız mənəviyyatımızın formalaşmasında mühüm atributdur. Bayraq xalqın tapındığı ən müqəddəs dəyərlərdən olduğuna görə, onun uğrunda canımızdan keçməyə hazırıq. Milli Qəhrəman Vahid Quliyev iştirakçılara keçdiyi döyüş yolundan danışıb.

Qeyd edib ki, bayraq, Vətən, xalq uğrunda canından keçməyə, işğal olunmuş torpaqlarımızın azadlığı yolunda düşmənə qarşı vuruşmağa hazırdır. Tədbirdə Türkiyə, Türkmənistan, Pakistan, Misir, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Venesuela, Vyetnam və Çindən olan tələbələr öz milli bayraqlarını təqdim edərək, dövlət atributlarının mənasını açıqlayıblar. 1918-ci il mayın 25-i Nuru Paşanın rəhbərliyi altında Gəncəyə daxil olmuş Qafqaz İslam Ordusunun döyüş bayrağını aşkara çıxardığını xatırladan tanınmış jurnalist Nicat Hüseyn Dağların məlumatı maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm