Macarıstanda ermənilərin Bakıda törətdiyi soyqırımdan danışılıb
Bizi izləyin

Qırmızı.az

Macarıstanda ermənilərin Bakıda törətdiyi soyqırımdan danışılıb

Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Birinci Dünya savaşı” mövzusunda Beynəlxalq simpozium keçirilib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutundan Publika.az-a verilən məlumata görə, ayrı-ayrı ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri Beynəlxalq tədbirdə bu elm müəssisəsinin əməkdaşları tarix üzrə fəlsəfə doktorları Güntəkin Nəcəfli “Qafqaz İslam Ordusunun Bakını azad etmək uğrunda mübarizəsi alman arxiv sənədlərində” və İradə Məmmədova “Türkiyənin Birinci Dünya müharibəsinə girməsinin Rusiya imperiyasının türk-müsəlman əhalisinə təsiri” mövzularında məruzələr ediblər.

G.Nəcəfli məruzəsində 1918-ci ilin martında erməni-bolşevik dəstələri tərəfindən Bakıda 10 mindən çox dinc sakinin soyqırıma məruz qaldığını təsdiq edən Almaniya Xarici İşlər Nazirliyinin siyasi arxivindən əldə etdiyi materialları da diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm