Azərbaycanlı deputat Bakı səfərlərinə 1 milyon xərcləyib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı deputat Bakı səfərlərinə 1 milyon xərcləyib

Akif Sayadovun vəzifələrini onun müavini həyata keçirir.

Bu barədə Axar.az-a bir müddət öncə Komidə həbs edilmiş azərbaycanlı deputat Akif Sayadovun Baş direktoru olduğu “Uxtaneftqazgeologiya” şirkətindən məlumat veriblər.

Şirkətdən hələlik Akif Sayadovun səlahiyyətlərinin İqor Yevgeneviç Romanova verildiyini bildirilib:

“Akif Sayadovun maliyyə fırıldaqları ucbatından həbs olunmasına biz inanmırıq. Onun yerinə indiyə qədər baş direktor təyin edilməyib. A.Sayadovun səlahiyyətlərini isə Baş direktorun müavini olan İqor Yevgeneviç Romanov həyata keçirir”.

Həmyerlimizlə bağlı digər bir iddia isə Rusiya “Gazeta-respublika.ru” saytı tərəfindən irəli sürülüb. Saytın yazdığına görə, Sayadov tez-tez Azərbaycana səfər edib. Bu isə əsasən 2009-2013-cü illəri əhatə edib. Deputatın məhz bu səfərləri qanunsuz olaraq “Uxtaneftqazgeologiya”nın maliyyəsi hesabına həyata keçirilib. Milyonçu bunun üçün 1,2 milyon rubl (19762.78 AZN) xərcləyib.

Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin əsas səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb.

Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm