• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı-Qusar yolunda qəza baş verib: Ölən və yaralananlar var

Bakı-Qusar yolunda qəza baş verib: Ölən və yaralananlar var

Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Qusar şəhəri ərazisində 90-NF-003 nömrə nişanlı “Maserati” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Məlumata görə, maşının sürücüsü, Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib.

Maşındakı digər sərnişin, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR