Bahalı avtomobillə qəzaya uğrayan gənc iş adamının oğludur - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bahalı avtomobillə qəzaya uğrayan gənc iş adamının oğludur - FOTOLAR

Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda baş verən qəzada dünyasını dəyişən gənclə bağlı bəzi məlumatlar yayılıb.

Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda baş verən qəzada dünyasını dəyişən gənclə bağlı bəzi məlumatlar yayılıb.

Qeyd edək ki, Qusar şəhəri ərazisində 90-NF-003 nömrə nişanlı “Maserati” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Maşının sürücüsü, Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib.

Maşındakı digər sərnişin - 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Gənclərin dostları sosial şəbəkələrdə onların “Şahdağ” İstirahət Mərkəzinə dincəlməyə getdiklərini, geri qayıdarkən qəzaya uğradıqlarını yazıblar.

Musavat.com-un əldə etdiyi məlumata görə, F. Dadaşov iş adamı Nazim Dadaşovun oğludur. Onun atasının böyük tikinti şirkətlərindən birinin sahibi olduğu bildirilir.

Fərid Dadaşovun Facebook profilində yazılıb ki, o, Türkiyənin Bilkənd Universitetində təhsil alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm