Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət yenidən gərginləşib
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət yenidən gərginləşib

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm