"Yeni Müsavat" 25 yaşını qeyd edir
Bizi izləyin

Qırmızı.az

"Yeni Müsavat" 25 yaşını qeyd edir

"Yeni Müsavat” qəzetinin nəşrə başlamasından 25 il ötür.


Publika.az-ın məlumatına görə, qəzet 1989-cu il noyabrın 7-də “Azərbaycan Milli Demokrat - Yeni Müsavat Partiyası”nın mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu indiki baş redaktor Rauf Arifoğludur. Qəzetin ilk sayı 1989-cu il noyabrın 10-da dərc olunub. Qəzet 1989-1991-ci illər ərzində “samizdat” üsulu ilə çıxıb, əsasən Gəncədə və Bakıda yayılıb.


1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər öz üzərinə götürüb. 2009-cu il noyabrın 8-də İ.Qəmbər qəzetin 20 illik yubileyində təsisçiliyi R.Arifoğluna təhvil verib.

R.Arifoğlu bununla bağlı təsisçisi olduğu qəzetə müsahibəsində deyib: "22 yaşında Milli Azadlıq Hərəkatına qoşulmuşdum. Prosesin gedişində hərəkat partiyalaşma mərhələsinə qədəm qoydu. Azərbaycan Mili Demokrat - Yeni Müsavat Partiyası yaratdıq. Partiyaya yayım orqanı, yayım orqanına da baş redaktor lazım oldu. “Yeni Müsavat”la bir-birimizə qoşulub, bir-birimizi yaratdıq. 1989-cu ilin oktyabrında “Yeni Müsavat” partiyası elan olundu. Bir yayın orqanının qurulması da həmin dövrə təsadüf etdi. Amma yığılıb çap olunması, satışa çıxarılması bir xeyli vaxt aldı. Ona görə də 10 noyabr tarixli, Azadlıq meydanındakı mitinqə çatdıraq, deyə çalışdıq və çatdırdıq. Həmin mitinqdə “Yeni Müsavat” qəzetinin 10 mindən çox ilk nömrəsi satıldı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm