Strasburqda Məscid yandırılıb
Bizi izləyin

Qırmızı.az

Strasburqda Məscid yandırılıb

Strasburq şəhərindəki müsəlman məscidi naməlum şəxs tərəfindən yandırılıb.

Publika.az xəbər verir ki, alov qısa vaxtda məscidin giriş qapısını, binanın fasadını və əlavə iki qapısını bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasına imkan verməyiblər.

Məscidin imamı hadisəni terror aktı kimi dəyərləndirib. O bunu son vaxtlar ölkədə etnik qruplara qarşı yayılmaqda olan antisemitizm və rasizm meylləri ilə əlaqələndirib.

Polis rəsmisi xalqlar arasında nifaq salmağa yönəldilən bu hadisəni pisləyib və video görüntüsü alınan cinayətkarın tezliklə tapılaraq məhkəmə qarşısında dayanacağını vəd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm