“Avtobus terroru”nu durduran olacaqmı? - Qorxulu statistika
Bizi izləyin

Qırmızı.az

“Avtobus terroru”nu durduran olacaqmı? - Qorxulu statistika

Azərbaycanda “avtobus terroru” dayanmır. Ölkə yollarında marşrut qırğını səngimək bilmir.

Axar.az xəbər verir ki, sərnişinlərin ən çox narahatlıq keçirdiyi problem avtobus qəzalarıdır. Redaksiyamıza gələn müraciətlərdə də bu məsələnin ictimailəşdirilməsi xahiş olunur.

Çünki paytaxt yollarında avtobus qəzaları artıq adidən-adi hala çevrilib. Bu qəza risklərinin və faciəyə səbəb olan hadisələrin artmasında birmənalı şəkildə təqsirkar sürücülər göstərilir. Bir çox hallarda sürücülərin sürət həddini aşması, bir-birinə yol verməməsi ağır qəza ilə nəticələnir.

Nəqliyyat Nazirliyinin vaxtaşırı marşrut sürücüləri ilə bağlı keçirdiyi reydlər də qəzaların qarşısını ala bilmir. Hətta sürücülük vəsiqəsi olmayanlar sərnişin daşıyırlar. Bunun nəticəsidir ki, 2014-cü ilin 9 ayı ərzində olan məlumatına görə, avtobusların iştirakı ilə 40 yol-nəqliyyat hadisəsi baş verib.

Hadisələr nəticəsində 9 nəfər ölüb, 40 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişindaşımada yol hərəkəti qaydalarını pozan 1526 sürücü aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm