Gəncədə yaşayış binasında yanğın olub
Bizi izləyin

Qırmızı.az

Gəncədə yaşayış binasında yanğın olub

Bu gün saat 14 radələrində Gəncənin İsax Cəfərov küçəsi bina 6 ünvanında yanğın baş verib.

Bu gün saat 14 radələrində Gəncənin İsax Cəfərov küçəsi bina 6 ünvanında yanğın baş verib.

Hadisə yerinə dərhal Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın binanın beşinci mərtəbəsində baş verdiyindən xüsusi nərdivanlardan istifadə olunub.

İdarənin rəis müavini Rahib Nadirovun verdiyi məlumata görə, evdə yaşayış olmayıb. İlkin ehtimala görə, evdə baş verən yanğına səbəb soyuducunun işlək vəziyyətdə qalması olub. Yanğın nəticəsində ümumi sahəsi 62 kv. m olan, 3-otaqlı mənzilə cüzi miqdarda ziyan dəyib, xəsarət alan yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm