Bakıda silahlı basqın hazırlayan dəstə tutuldu - Bakı polisindən ŞOK əməliyyat
Bizi izləyin

Qırmızı.az

Bakıda silahlı basqın hazırlayan dəstə tutuldu - Bakı polisindən ŞOK əməliyyat

Bakıda silahlı basqın hazırlayan dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin qabaqlayıcı, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-na keçən gecə, Neapol küçəsində yaşayan vətəndaşa qarşı silahlı basqına hazırlaşmaqda şübhəli bilinən – Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Rahib Hüseynov, əvvəllər məhkum olunmuşlar – 1967-ci il təvəllüdlü Elşən Rəhimov, 1977-ci il təvəllüdlü Natiq Yusifov, 1991-ci il təvəllüdlü Nahid Allahverdiyev və 1981-ci il təvəllüdlü C.İsmayılov tutulublar.

Keçirilən ilkin əməliyyat- istintaq tədbirləri ilə E.Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Yusifovdan 0,176 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd “Baykal” MK 654 markalı pnevmatik tapança, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd beşbarmaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, R.Hüseynovdan 0,170 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, C.İsmayılovdan 0,161 qram heroin və , soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq götürülüb.

İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, cinayətin planını dəstənin fəalı Elşən Rəhimov hazırlayıb. O, tanışı Natiq Yusifova tapşırıb ki, quldurluq etmək üçün gözəgəlimli evlər tapsın. Natiq Yusifov bir neçə gün müşahidələr apardıqdan sonra Elşən Rəhimovu Neapol küçəsində yerləşən evlərdən birinin yaxınlığına gətirərək ünvanı göstərib.

Dəstə üzvləri gecə saatlarında özləri ilə pnevmatik tapança, beşbarmaq, bıçaq, maska, əlcək, yapışqan lent də götürərək quldurluq edəcəkləri evin yaxınlığına gəliblər. Onlar gecə yarısı başlarına maska keçirərək quldur basqınına başlamaq istəyiblər. Lakin əməliyyatçılar onları yerindəcə yaxalayıblar. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Dəstə üzvlərinin ehtimal olunan digər cinayətləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm