• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda "yol terroru": 271 ölü, 785 yaralı

Bakıda "yol terroru": 271 ölü, 785 yaralı

2014-cü il yanvarın 1-dən noyabrın 8-dək Bakının inzibati ərazisi daxilində 785 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 271 nəfər ölüb, 785 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yol polisi tərəfindən görülmüş məqsədyönlü tədbirlər nəticəsində ötən ilin analoji dövrü ilə müqayisədə 76 hadisə, 21 ölüm, 73 xəsarət faktı azalıb. Belə ki, 2013-cü ilin yanvarın 1-dən noyabrın 8-dək paytaxtda 861 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 292 nəfər ölmüş, 858 nəfər yaralanmışdı.

Bölmə rəisi qeyd edib ki, ilin əvvəlindən noyabrın 8-dək Bakının yollarında təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər nəticəsində yol polisi əməkdaşları tərəfindən 717 316 inzibati protokol tərtib edilib: “Ötmə, manevretmə və yolayrıcını keçmə qaydalarını pozan 62 483, sürət həddini aşan 170 mindən artıq, dayanma-durma qaydalarının pozulmasına görə 118 min, təhlükəsizlik kəmərindən istifadə etməyən 71 153, işıqforun qırmızı işığında hərəkət edən 73 409, sükan arxasında mobil telefonla danışan 22 150, avtomobili sərxoş vəziyyətdə idarə edən 6048, avtomobili texniki baxışdan keçməyən 2123, sərnişindaşıma qaydalarını pozan 2039, yükdaşıma qaydalarını pozan 674, polisin qanuni əmrinə tabe olmayan 2814, avtomobili müvafiq sənədləri olmadan idarə edən 1803, qəza şəraiti yaradan 1704 sürücü inzibati məsuliyyətə cəlb edilib. Bundan əlavə, paytaxtda avtoxuliqanlıq edən 271 sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb”.

V.Əsədov əlavə edib ki, 2014-cü ilin 10 ayı ərzində yol hərəkəti qaydalarını pozan 101 min nəfərdən artıq piyada inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Onun sözlərinə görə, ümumi hadisələrin 51 faizini də məhz piyadaların avtomobillərlə vurulması təşkil edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR