Səttar Mehbalıyev: "İşçilərin hüquqlarının qorunmasında sosial dialoq əsas forma sayılır"
Bizi izləyin

Qırmızı.az

Səttar Mehbalıyev: "İşçilərin hüquqlarının qorunmasında sosial dialoq əsas forma sayılır"

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və onun üzv təşkilatları üçün işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasında sosial dialoq ən əsas forma sayılır. AHİK dövlətlə və işəgötürənlərlə dialoq yaradılmasına nail olub və sosial-əmək münasibətlərinin yeni sisteminə, sivil sosial tərəfdaşlıq işinə öz töhfəsini verib. Əməkdaşlığın əsasını Baş Kollektiv Saziş təşkil edir. AHİK mütəmadi olaraq kollektiv müqavilələrin bağlanması məsələsində öz mövqeyini ortaya qoyur.

Publika.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Əmək Təşkilatının nümayəndələrinin də qatıldığı tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, BHİK-in vitse-prezidenti Səttar Mehbalıyev səsləndirib.

O bildirib ki, hazırda problem doğuran bütün məsələlərin kompleks həlli üçün səlahiyyətli orqanın yaradılması zərurəti mövcuddur. Onun sözlərinə görə, 2010-cu ildən etibarən Azərbaycanda kollektiv müqavilələrin bağlanması üçün sosial-iqtisadi məsələlər üzrə üçtərəfli komissiyaların yaradılması nəzərdə tutulur.

AHİK sədri bildirib ki, artıq Komissiya haqqında Əsasnamə hazırlanıb və bu Əsasnaməyə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ümumi prinsipləri ilə uzlaşan təkilflərin işlənib hazırlanması, sosial stabilliyin qorunub saxlanması məqsədilə sosial-iqtisadi münasibətlərin nizamlanması,sosial dialoqun inkişaf etdirilməsinin dəstəklənməsi məsələləri daxildir.

S.Mehbalıyev həmçinin qeyd edib ki, bu məqsədlə ölkənin 5 regionunda seminarlar və 300-dən çox həmkarlar ittifaqı fəalının iştirakı ilə anket sorğusu keçirilib və məlum olub ki, respondentlərin 90 faizi üçtərəfli komissiyanın yaradılmasını vacib hesab edirlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm