Bakıda yalnız vəhhabilərə işləyən sex üzə çıxdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda yalnız vəhhabilərə işləyən sex üzə çıxdı - VİDEO

Azərbaycanda kolbasa məmulatlarının istehsalı ilə məşğul olan şirkət haqda sensasion iddialar var. Bu iddialara görə, Xırdalanda “AY-MİN” MMC adlı məşhur firma vəhhabilər üçün hər həftənin cümə günü xüsusi kolbasa buraxılışını həyata keçirir.

Axar.az-a daxil olan məlumata görə, 2010-cu ilin fevralında saxta, haram kolbasa istehsal etdiyinə görə 8 min manat sanksiya ilə üzləşən şirkət xeyli müddətdir ki, yalnız vəhhabilərə satılan xüsusi halal kolbasa məhsulları buraxır.

Məhsullar hər həftənin cümə günü vəhhabilərə çatdırılır və bazara çıxarılmır. Halallıq zəmanəti verilən həmin kolbasaların bahalı və çox dadlı olduğu vurğulanır. Odur ki, vəhhabilər üçün istehsal edilən kolbasaya böyük tələbat olsa da, vətəndaşlara satılmır.

“AY-MİN” MMC-nin “vəhhabi kolbasası” topdansatışda olur və adıçəkilən təriqət üzvləri tərəfindən alınır.

Firmanın təsisçisi iki nəfərdir: Kərəm və Vüqar. Əslən Qubadan olan şəriklər dayı-bacıoğludurlar.

“AY-MİN” brendinin onların qızlarının adından götürüldüyü iddia edilir: Aytac Kərəmin, Minə isə Vüqarın qızıdır.

Əldə etdiyimiz xəbərlərdə şirkətin bir müddət əvvəl üzləşdiyi cərimələrdən sonra adını dəyişərək “Flaqman” qoyduğu, telekanallarda, şəhərin müxtəlif yerlərində olan lövhələrdə reklamı getdiyi bildirilir.

Yada salaq ki, 4 il əvvəl istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatının istehsalı ilə məşğul olan “AY-MİN” MMC-yə 8 min manat maliyyə sanksiyası tətbiq edilib. Ticarət şəbəkəsindən geri yığılmış 132 kiloqram saxta kolbasa məmulatının məhv edilməsi barədə “AY-MİN” MMC-yə icrası məcburi göstəriş verilib.

Belə ki, "Flaqman" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Krakovskaya", "Prima", "Gülüstan", "Pəhriz", "Həvəskar" kolbasalarının və "Südlü", "Kürə" sosiskalarının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu, eyni anbarda saxlanıldığı və eyni nəqliyyat vasitələri ilə daşındığı aşkar olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm