Qırmızı.az
DİN və ETSN monitorinq keçirdi
Noyabrın 7-dən 10-dək Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları birlikdə ölkə ərazisində reydlər keçirib.
ETSN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, reydlərdə “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyəti araşdırılıb.
Neftçala rayonunda keçirilmiş reyd zamanı ov edən naməlum şəxs
saxlanılıb. Ondan 1 ov tüfəngi,1 patron götürülərək qanunamüfaviq
qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucusunun
şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun
tədbir görülməsi üçün Neftçala rayon Polis Şöbəsinə müraciət
edilib.
Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində ov edən Ağcabədi şəhər sakini Novruz Kərimov saxlanılaraq ondan 1 ov tüfəngi, 4 patron, 2 qaranaz quşu götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub, götürülmüş ov quşları isə yandırılaraq məhv edilib. Həmçinin, həmin gün “Ağzıbir” ovçuluq təsərrüfatının ərazisində ov etmək istəyən naməlum şəxs ərazidə reyd keçirən Nazirliyin əməkdaşlarını görən zaman ov tüfəngini və ovladığı quşları ataraq ərazidən uzaqlaşıb. Nazirliyin əməkdaşları onu təqib etsələr də, qanun pozucusunu saxlamaq mümkün olmayıb. 1 ov tüfəngi, 200 patron, 9 ovlanmış qaşqaldaq quşu götürülərək fakt üzrə akt tərtib olunub və götürülmüş ov quşları yandırılaraq məhv edilib. Təqsirkarın şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Şabran rayon Polis Şöbəsinə müraciət olunub.
Eyni zamanda, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində
keçirilmiş reyd zamanı ovla məşğul olan daha bir naməlum şəxs
saxlanılaraq ondan 1 ov tüfəngi götürülüb. Həmin şəxs barəsində akt
tərtib olunaraq şəxsiyyətinin müəyyən edilməsi üçün Lənkəran rayon
Polis şöbəsinə müraciət edilib.
Samux ovçuluq təsərrüfatında qanunsuz ov edən Goranboy rayon
Şəmmədli kənd sakini Şakir İsgəndərov və İlisu Dövlət Təbiət
Qoruğunun ərazisində ov edən Qax rayonu Qaxbaş kənd sakini Zeriko
Poladaşvili saxlanılaraq onlardan 2 ov tüfəngi, 4 patron götürülüb.
Akt və protokollar tərtib olunaraq həmin şəxslərin hər biri 1000
manat məbləğində cərimə edilib.
Yevlax və Lənkəran rayonları ərazisində ov edən naməlum şəxslər
saxlanılıb, onlardan 2 ov tüfəngi və 14 patron götürülüb. Hər iki
fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin
müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir
görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət
olunub.
Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması
məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər
Nazirliklərinin əməkdaşları tərəfindən birgə reydlər davam
etdirilir.
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY