Qənirə Paşayeva GAP Qəzetəçilər Birliyinin başqanı və üzvləri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva GAP Qəzetəçilər Birliyinin başqanı və üzvləri ilə görüşüb

GAP Qəzetəçilər Birliyinin başqanı Zeynel Abidin Kıymaz və Birliyin üzvləri ilə görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı fikirlərini bildirən və sualları cavablandıran millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı daha geniş söhbət açıb.

Millət vəkili Qənirə Paşayeva müsahibəsində Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verərək bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – deyən millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər.

Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir" fikirlərini vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir. Hər məsələdə münasibətlərimiz o qədər güclənməlidir ki, bir-birimizə o qədər bağlanmalıyıq ki, hər hansı bir qüvvə bizi bir-birimizdən ayıra bilməsin”.O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva 2015-ci ilə doğru ermənilərin özlərinin qondarma erməni soyqırımı iddiaları ilə bağlı daha da aktivləşəcəyini və bunun artıq ciddi şəkildə hiss olunduğunu bildirib və qondarma erməni soyqırımına qarşı mübarizədə də Türk Dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq jurnalistlərimiz də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.

GAP Qəzetəçilər Birliyinin başqanı Zeynel Abidin Kıymaz və Birliyin üzvləri Azərbaycanı çox sevdiklərini, öz fəaliyyətlərində daim Azərbaycana həssas yanaşdıqlarını və Azərbaycan həqiqətlərinin yayılmasına dəstək verdiklərini deyərək millət vəkilinin bu işlərin daha da genişlənməsinə böyük ehtiyac olması fikri ilə razılaşaraq bu istiqamətdə səylərini daha da artıracaqlarını deyiblər. Birlikdə təmsil olunan bir sıra KİV orqanlarının rəhbərləri görüş zamanı Azərbaycanı bütün istiqamətlərdə tarix, mədəniyyət, iqtisadiyyat sahəsində daha da geniş və doğru şəkildə tanıdılmasının vacibliyi ilə bağlı Qənirə Paşayevanın fikirlərini dəstəkləyərək bu istiqamətdə səylərini daha da artıracaqlarını bildiriblər.

Birliyin bəzi üzvlərindən fərqli olaraq bir çox üzvlər Azərbaycanda olmadıqlarını bildiriblər və millər vəkili Qənirə Paşayevanın Azəbaycana dəvət təklifini böyük məmnuniyyətlə qəbul ediblər. Millət vəkili isə əmin olduğunu bildirib ki, Azərbaycanı daha da yaxından tanımaq əməkdaşlığı daha da genişləndirəcək. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Paşayeva GAP Qəzetəçilər Birliyinin başqanı Zeynel Abidin Kıymaz və Birliyin üzvləirinə özünün müəllifi olduğu kitablarla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları ,matreialları , həmmüəllifi olduğu və Türkiyə türkcəsində çap olunmuş “Hocalı Soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağını hədiyyə edib.

Qarabağın Azərbaycan musiqisində oynadığı böyük rol və yerdən danışan millət vəkili Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib və onları maraqlandıran sualları cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm