• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu məhkumlarla bağlı vəsatətlərə baxacaq

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu  məhkumlarla bağlı vəsatətlərə baxacaq

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun növbəti iclası sabah baş tutacaq. İclasın gündəliyi və irəli sürüləcək təkliflər hazırdır.

Bu barədə Publika.az-a İşçi Qrupun üzvü, katib Sahib Məmmədov məlumat verib. Onun sözlərinə görə, bərpa iclasından sonrakı dövrdə katibliyə İşçi Qrupun üzvlərindən çoxlu təkliflər daxil olub.

“Katiblik onları ümumiləşdirib, həmin təkliflər əsasında gündəlik tərtib olunub və həmsədrlərlə razılaşdırılıb. Sabah Milli Məclisin binasında növbəti iclasın keçiriləcəyi planlaşdırılıb. İclasda Qrupun üzvləri gündəliyi özü formalaşdıracaq. Katiblik artıq təklifləri hazırlayıb təqdim edib. Məhkumlar, xəstə məhkumlarla bağlı vəsatətlərə baxılacaq. Gündəlik və müzakirə olunan məsələlər bəlli olsa da, iclasda İşçi Qrupun mandatına daxil olan insan hüquqları ilə bağlı başqa problemlər qaldırıla bilər. QHT-lərlə bağlı da təşəbbüslər ola bilər”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR