• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Böyük insanlıqdan böyük alimliyə

Böyük insanlıqdan böyük alimliyə

İllər adlı bir anlam var, kiminin ömründən aparır, kimininsə ömrünə gətirir.

Bir gün baxarsan ki, ətrafın min-budaqdır. Amma, payız insanı elə bir zaman haqlaya bilir ki, edəcəyin tək iş ağacdan düşən son yarpağı uzqadan seyr etməyindir.

Təbiət elə buna görə də, eyni insan həyatına bənzəyir. Gələnlərə sevindiyin kimi gedənləri yanlızca seyr etməyi bacarırsan.

Bəs gedənlərdən nə qalır?

Tarix həmişə bu suala daha ağıllı cavab verə bilir. O, min illərin süzgəcindən keçirib saxladığı ələdiyi ancaq yaxşı insanların əməlləridir.

Yaxşı əməllərin yaşatığı insanlardan biri haqda yazacağam.

Alimiyi qədər insalığı da ali olan Elşən müəllim haqqında .

1957-ci ilin Əzəli-əbədi Azərbaycana bağlı olan Ulu Borçalıda , Marneulidə Qaçağan kəndində Mustafa müəllimin ailəsində bir oğlan uşağı dünyaya göz açır.

Mustafa müəllim elin-obanın xeyir duası ilə bu uşağın adını Elşən qoyurlar.

Nəsilliklə kimya elminə qulluq edən Mustafa müəllimin oğlu orta məktəbi də elə kimyasevər olaraq qızıl medalla başa vurur. Bundan sonrakı həyatını Bakıya bağlayan Elşən müəllimin taleyi qarşısında imtahanları başlayır.

***

Bakı...arzuların və ümidlərin şəhəri.Kimsəsi olmayan bir şəhərə düşən kənd balası.

Zaman çoxlarını bu cür sınağa çəkir. Tələbə yataqxanlarında keçən illər, nimdaş paltralarda yaşlanan bədənlər və savad bilik mənbəyinə çevrilən beyinlər.

Elşən müəllimin isə dah bir qayğısı vardı. O , da taleyin Borçalıda bir məktədə, hətta bir sinifdə yoldaş etdiyi İradə idi.

Eyni ildə Bakıda, eyni universitetdə qarşılaşırlar. Azərbaycan Dövlət Universiteti hər iki gənc üçün valideyn rolunu oynamağa başlayır.

Çətinlik, qarşı-qarşı gələn problemlər və sadə, amma güclü ürəklərin sevgisi hər iki insanın dəyanətini birə-min artırır.

1980- ci ildə ADU-nun kimya fakultəsinin buraxılış ilini Elşən qızıl medalla bitirənlərin sırasında yer alır.

Zaman insanı onun biliyi və qavramı ilə qəhrəmana çevirməyə davam edir.

EA-nın elmi işçisi kimi fəaliyyətə başlayan Elşən bir çox problemlərə rəğmən, uşaqlıq vaxtından həyat yolunda onunla birgə addımlayan İradə xanımla vüsalını birləşdirməyi qərara alır.

İlk illərin unudulmaz xatirələri, hətta problemləri belə bu gün üçün şirin bir anlam təşkil edirsə, o zaman reallıq daha başqa olur.

Kirayə ailənin az maaşla birtəhər dolanması əsl çətinlik yaradır.

1983-cü ildə Tanrı Elşən müəllimə öz hədiyyəsini-bir cüt qız balasını bəxş edir.

Taleyin üzünün xoş zamanı öz evinin qapılarından boylanan səadətinə doğru mətnliklə addımlamağa başlayır.

Riqada "Efir yağları" ilə bağlı namizədlik müdafiə edən Elşən müəllim müstəqil Azərbaycanın kimya elminin inkişafında və yenidənqurulmasına böyük rol oynamağa başlayır.

ADNA-da Kimya fakultəsinin dosenti olan Elşən müəllim böyük elmi faliyyəti ilə minlərlə tələbənin biliklənmsində rol oyanyır.

İlk "Neftlərdə heteroatomlubirləşmlər"-lə bağlı dərsliklərin, Üzvi kimya ilə bağlı kitabların hazırlanmasında iştirak edir.

***

Qızları Bənövşə və Reyhandan sonra oğlu Orxan da atasının sevincini birə min edir...

İllər öz sözünü deyir,ömrünün 50-ci ilini qatlayan Elşən müəllimin ürəyi daha sözə baxmır.

İllərin yorğunluğu, çətin bir sahənin alimi, minlərlə insanı - tələbəni oxumağa-öyrənməyə alışan bir insanın ürəyi zamansız vəfazsılığa başlayır.

Bəlkə, insan taleyinin ən başadüşülməz anı budur: Ən xeyixahlar daha tez dünyanı dəyişir...

Səhərdən başlayan elmi sessiya, müzakirə bitmir...

ADNA-nın bu sessiyası Elşən müəllim üçün doğrudan da bitmir. Sessiya fasilə elan edir.

Otağına yollanan Elşən müəllim stulunda əyləşir. Simasında yüz illərin əzabını daşıyacaq bir ifadə ilə zamana sinə gərməyə çalışır.

Ürəktutma nəticəsində elə ordaca vəfat edir.

Bir elmi sessiyanın nəticəsi, bir alim itkisi və Azərbaycan elminin, kimyanın üzüntüsü olur.

24 may 2012-ci il, axşama doğru Hövsanda üzü qibləyə sarı boylanan qəbirlərin biri daha artır.

Bu yolun yolçusu 55 illik həyatını unudulmaz nümunələrlə və insalıq dərsləri ilə bəzəyən Nəsibov Elşən Mustafa oğlu olur...

***

Elşən müəllim haqda çoxsaylı xatirələr yazılıb, bir insan ruhunu xoş etmək üçün onların bir neçəsini təqdim etməyi qərar aldıq.

Söhbət açacağım o insan bir məhlədə boya-başa çatdığım on bir il bir sinifdə təhsil aldığlm çox sayılan,seçilən,oxuduğu məktəbin fəxri qızıl medalisti hər bir fəndən olimpiadalarda yer tutmuş komsomol katibi işləmiş bir şagirddir.Beş il əla qiymətlərlə oxumuş bir tələbə.

Sonrada həyat qurduğum cəmiyyətdə öz yerini tutmuş ziyalı alim,gözəl həyat yoldaşı isti qanlı ata sevilən baba idi bu insan.

O mənim tək həyat yoldaşım yox ,həmdə müəllimim idi.Mən hər bir işimi onun məsləhıti ilı qururdum. Elşənin çox kövrək qəlbi vardı,heç vaxt heç kəsi incitməzdi.Çalışardı bacardığı qədər hər kəsə hörmət etsin.

Elşən hər bir qohumunun ali təhsil almasında köməklik göstərib.Onun çox mülayim xasiyyəti var idi.O d'rs dediyi hər bir tələbənin sevgisini qazanmışdı.Elşən mənim üçün kiçik bir dünya idi.O məni bu dünyada sevgi dolu məhəbbətlə yaşadırdı.Otuz illik bu dünyada o mənim üçün elə izlər qoyub getdiki.O ilər mənim həyatımın unudulmaz bir xatirələridir..İndi Elşənlə qurduğum dünyada Elşənsiz xatirələrlə yaşayıram.O xatirələrlə ki, yenidən Elşənlə əbədiyyətdə görüşmək ümidi ilə.

Yaxşı yadimdadı biz orta məktəbdə oxuyanda o komsomol katibi işləyirdi.Bütün müzakirələrdə o öz fikirləri ilz həmişə hamıdan seçilərdi.O bizim sinifin sinif nümayəndəsi idi.Heç bir zaman sinif uşaqlarının xətrinə dəyməzdi,yəni heç bir zaman jurnala gəlmədi yazmazdı.Elşən sinifmizin ən fəal aktiv şagirdi idi sora o oxuduğu kimya fakültəsini nümunəvi tələbəsi yıni əlaçı tələbəsi oldu.

Yadımdadı biz universitetə yaxın bir həyətdə kirayə qalırdıq.Elşən qaldığı o kiçik evdə öz dostları ilə birgə həmişə imtahanlara hazırlaşardı .Elşən çox məsuliyyətli və bilikli tələbə idi.Elşən həyətdə qalan tələbələrdəndə köməyini əsirgəmirdi.Yaxşı yadımdadı mən dövlət imtahanina hazirlaşanda birinci imtahanımı Elşənə verdim.Onun sayəsində 4 qiyməti aldım.Mənim diplom müdafiəmdədə müəllimim yardımçım Elşən oldu.

Elşən müəllim bir hıyat yoldaşı kimi mənim ürəyimdə elə bir dərin iz qoyub gedib ki,onun o xatirələridi məni yaşadan.O çox mülayim ,istiqanlı,xoş xasiyyət heç kimin qəlninə dəyməyən ziyalı bir insan idi.O mənim tək həyat yoldaşım yox bir məhlədə böyüdüyüm,sonra bir sinifdə institut illərimi birgə addimladığım bir tələbə yoldaşım olub.O çox səmimi bir insan idi.

Öz çevrəsində sevilən insan olub.Onu çox sevən dostları olub.O həmişə çalışırdı ki,əlindən gəldiyi qədər öz ailəsinin qayğısına qalsın..Heç bir zaman övladlarının xətrinə dəyməzdi.Nəvələrinin hər bir arzusunu yerina yetirərdi.O övladlarının tək atası yox həmdə müəllimi olub.Övladları üçün atanın üzərinə düşən hər bir işi sevə-sevə yerinə yetirib.Qızlarının aspiranturada oxuması üçün onlara mükəmməl elm verib.

Elmliydi,savadlıydı

Talantlıydı,ziyalıydı

Öz işində birinciydi

Ailəsinin sevinciydi

Üç övladın atsıydı

Altı nəvə babasıydı

O nəslindı ziyalıydı

İradəsinin baş tacıydı

Qızlarının həm atası həm müəllimiydi

Orxanının həm atsı həm dostuydu

Nəvələrinin çox sevilən babsıydı

Dörd uşağın birincisi

Ata-ananın sevinciydi

Bacısının arxasında

Qardaşlarının o fəxriydi

El-obasının gərəyiydi

Mən həyatda qazandığım hər bir uğura görə pz müəllimimə yəni həyat yoldaşım Elşənə borcluyam.Elşən mənim həyatımda elə iz qoyub gedib ki,mən onu ölüncəyə qədər unutmaram.

Mən birdə Elşənə ona görə minnətdaram ki, o mənə 3 gözəl övlad qoyub gedib.O övladlarki onların hər birinin simasında mən Elşəni görürəm.Elşən birgə yaşadığım bu illərdə mənə sevgi-məhəbbət dolu bir həyat yaşatdı.İndi isə Elşənsiz yaşadığlm hər bir günü Elşənin xəyalları ilə yaşayıram.ALLAH mənə Elşənsiz yaşadığım günlərimə görə səbr versin.

Həyat yoldaşı İradə

Elşən müəllim ilə son zamanlarda tanış olmuşdum.O,həddindən artıq ürəyəyatımlı,tez ünsiyyətə girən mülayim bir insan idi.mənim aspirantlarımdan birinə apponentlik etmişdi.Onun dissertasiyaya dair mülahizələrindən aydın olurdu ki,üzvi sintezə dair mükəmməl biliyə malik idi.O mənim xatirimdə xoş sifət,istiqanlı bir insan kimi qalmışdır.

AMEA-nın müxbir üzvü professor Allahverdiyev Mirzə

Atamın xatirələri haqqında nə isə yazmaq mənə çox çətin gəlir. Çünki hələ də onun yoxluğuna inana bilmirəm. Hər dəfə ata ocağına getdikdə özü qarşılayırdı bizi. İndi isə onun bizim qarşımıza çıxmaması mən və ailəm üçün çox üzüntülü və ağrılıdır.

Nəinki mən öz atamı, nəvələri də öz sevimli babalarını itirib. Onun izləri olan hər yer, bağlı qalan dərs otağı, nəfəsini hiss etdiyim hər məkan mənə artıq onun yoxluğunu xatırladır. Bu gün atama necə ehtiyacım olduğunu hiss etdim. Çünki o bizə hərtərəfli kömək edərdi. Hətta adi yazılarımızı belə onsuz yazmırdıq. Bəs, indi kimdən məsləhət alım bilmirəm. O qədər çətinlik çəkirəm ki....

onun yoxluğunu indi dərk edirəm. Nədən başlayım nədən bitirim bilmirəm. Içimdəki bu boşluğu, ağrını necə anladım bilmirəm. Məni daim düşündürən bir çox suallar var ki, hələ də onlara cavab tapa bilmirəm. Niyə belə tez əlini üzdün bu həyatdan? Niyə həyat səni belə tez aldı əlimizdən? Niyə belə anidən çıxıb getdin? Sənsizliyə alışmaq mümkün deyil. Mən hələ də elə bilirəmki harasa getmisən qayıdacaqsan...

Atam gözəl ata olmaqla yanaşı gözəl həyat yoldaşı, gözəl alim həm də gözəl şəxsiyyət idi.

Mən atamla eyni kafedrada işləyirdim.Kollektivimizin atama qarşı olan münasibəti məni həmişə qürurlandırıb. Mən həmişə onunla fəxr etmişəm. O , şərəfli bir ömür yaşadı. Onun çox kövrək ürəyi varıydı. Bizlərdən birinin ayağına dəyən daş sanki onun ürəyinə dəyirdi. Daim bizə elmdən danışırdı. Bizim savadlı olmağımız üçün əlindən gələni əsirgəmirdi. Onun o gözəl üzü, nurlu sifəti bir saniyə olsun gözümün önündən getmir. Artıq 2 ilə yaxınlaşır ki, atam bizlərin arasında yoxdur.

Hər dəfə qəbri üstə gedəndə bütün bədənim buz bağlayır.Ən çox gedəndə yox, ordan qayıdanda daha çox təsirlənirəm.Sanki deyir ki,məni də gözləyin, tə qoymayın burda. Atam haqqında bir kitab da yazsam qurtarmaz. O mənim üçün daim yaşayır.

Məkanın CƏNNƏT olsun!

Nəsibova Reyhan Elşən qızı

Mənim Elşən müəllimlə tanışlığımın tarixçəsi belə olmuşdur: ADNA-nın “Yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasında işləyib hazırladığımız kompazisiya materialının xassələrini yaxşılaşdırmaq məqsədi ilə “Üzvi kimya” kafedrasında sintez olunan funksional qrupları olan kimyəvi birləşmələrdən hansının olması və bizim işə hansı birləşmələrin uyğun gəlməsini öyrənmək üçün “Üzvi kimya” kafedrasına gəldim və elmi diskusiya apardıq.

Onda məni Elşən müəllimlə tanış etdilər (işə yeni düzəlmişdir). Elşən müəllim onda mənə iki müxtəlif funksional qrupu olan kimyəvi birləşmə verdi (tam xassələri ilə birlikdə).

Birinci tanışlıqda onun insani münasibəti, elmi izahı məni valeh etdi və həmin gündən onunla münasibətlərimiz get-gedə dərinləşdi və dostluğa kimi davam etdi.

Elşən müəllim təbiətcə çox sakit, təvazökar, xalqını sevən, vətənpərvər və dərin elmi biliyə malik insan idi.

Bir dəfə bizim iş yoldaşımız mənə dedi: “İbrahim müəllim, Elşən müəllimi çox savadlı söyləyirlər, xahiş edirəm mənim qızım tibb universitetinə hazırlaşır, onu kimya fənnindən yoxlasın”. Mən Elşən müəllimdən xahiş etdim ki, qızı yoxlasın. Dərhal qızı qəbul etdi, yoxladı və bəzi məsləhətlər verdi. Bununla onu demək istəyirəm Elşən müəllim heç vaxt dostlarının, müraciət edən insanların sözünü yerə salmazdı.

Dostlarının sayları çoxdur, onlar tərəfindən sevilirdi və hörmət bəslənilirdi.

Mən Elşən müəllimi gözəl ailə başçısı, təvazökar, vətənini, xalqını sevən və mükəmməl elmi biliyə malik dost kimi tanıyırdım.

Elşən müəllim dünyadan cavan getdi, onun cismi getdi, lakin əməlləri, xatirələri, ruhu həmişə qəlbimizdədir.

Həmyerlim, dostum, gözəl alim-Elşən müəllim qəlbimizdə həmişə yaşayır və yaşayacaqdır.

Allahdan ona rəhmət diləyirəm, o dünyada ruhu şad olsun, işıqlı olsun.

ADNA-nın “Yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının dosenti t.e.n. Mövlayev İbrahim Hümbət oğlu

Mən ilk gün ADNA-da (Azərbaycan Dövlət Neft Akademiyası) dərsə gedəndə (təbii ki, müəllim olaraq) qonşu otaqda da tanımadığım başqa bir müəllimin dərsi başlayacaqdı. Tam təsadüf, biz yolumuz eyni olduğu üçün bərabər gedəsi olduq. Deyirlər, bir insanı tanımaq üçün zaman keçməsi lazım. Amma bu hər insan üçün keçərli deyilmiş. Çox qısa bir zaman bizi yaxın etdi. Hər dəfə Elşən müəllimi görəndə çəkinirdim, sanki o, birazdan auditoriyadakı tələbələrlə bərabər mənə də nəsə öyrədəcək və ya nəyi isə başa salacaq.

Əlbəttə, başa salmaq, anlatmaq üçün bəlkə də, auditoriya çox balacadır. O, bizlərə böyük bir auditoriyada anlatdı və ya anlatmağa çalışdı.

Elşən müəllim insanlığı anlatdı, o, əsl müəllimliyi anlatdı, bir müəllimin edə biləcəyini o etdi, bizlərə yoldaşlıq, bizlərə səmimiyyət, bizlərə sədaqət və hər şeyin ən gözəlini anlatdı, təbii ki, öz davranışı, öz əqidəsi, öz ziyalılığı ilə.

Qısa bir ömürdə çox işlər gördün.

Qısa bir ömürdə çox şey qazandın.

Qısa bir ömürdə uzun bir tarixi qazandın.

Bir insanın uzun illər edə biləcəyini sən, əziz dostum və həmkarım, qısa bir ömürdə etdin. Bəlkəsiz, sənin yoxluğun bu gün ailən və yaxınlarınla bərabər, bizləri də üzür və usandırır.

Amma hamımız ulu Tanrıya bu ömrü borcluyuq. Sən vəfalı çıxdın və borcunu vermiş oldun.\

Ruhun şad olsun, əziz dostum və həmkarım!

Böyük Allahdan sənə min rəhmət!

Fariz Əli oğlu Əmirov

ADNA “Fiziki-kimyəvi analiz metodları” Mərkəzləşdirilmiş

laboratoriyanın müdiri

Elşən Nəsibov haqda fikir soyləmək o qədər çətindir ki... Onun haqda keçmiş zamanda danışmaq nəinki mənə və eləcə də digər əməkdaşlarımıza belə çətindir. Elşən müəllim o qədər xoş xatirələrlə yadda qalıb ki, sanki sadəcə iş yerini dəyişib deyə onu görmürük.

Mən Elşən müəllimə ilk vaxtlar salam verməyə belə çəkinirdim. Onun o qədər ciddi, zəhimli baxışları vardı ki, ani onu görəndə fikirləşirdim ki, görən tələbələrlə bu insan neçə ünsiyyət qurur. Deyirlər ki, uşaqlar ailənin güzgüsüdür, bu baxımdan da tələbələr müəllimlərinin güzgüsüdür.

Tələbədən hər hansı bir müəllim haqda fikirlərini öyrəndikdə onlar həqiqəti söyləyirlər.Tələbəlrərlə ünsiyyətdə olduqda görürdüm ki, bu zəhimli, ciddi dediyim müəllim haqda onlar o qədər gözəl, səmimi fikirlər söyləyirdilər . Tələbələr onun dərs demək metodikasını və ən əsası bir gözəl insan olduğunu hər dəfə söyləyirdilən. Mən buna onun akademiyada sonuncu günü tələbələrin axın- axın onun halını öyrənməyə gəldikləri gün daha gözəl anladım.

Çünki, işlədiyin 28 il ərzində bir neçə müəllimin iş başında rəhmətə getdiyinin şahidi olmuşam. Amma bu qədər tələbə axınına, onların narahatlığına və eləcə də məyyusluğuna rast gəlməmişdim. Bu hadisə məni daha çox qəhərləndirdi və fikirləşdim ki, bax budur hörmətli ölüm. Müəllim itkisi tələbəni məyyuslandırırsa demək o tələbəyə öz qəlbini, ruhunu və savadını yetərincə verə bilmişdir.

Allah belə gözəl insanlara rəhmət eləsin və tələbələrinin qəlbindən silməsin. Hal hazırda "Üzvi kimya" kafedrasına bir iş dalıyca getdikdə Elşən müəllimin oturduğu masaya gözüm sataşır və ani olaraq onun sağlığlı illəri yada düşür və allah sənə rəhmət eləsin deyib otağı tərk edirəm.

ADNA- müəllimi Gülşən Dədəyeva

Ata bu kəlməni söyləyəndə dodaqlarım titrəyir.Çünki bu söz mənim üçün çox müqəddəsdir.Atam çox gözəl ailə başçısı idi.o mənim üçün yalnız ata deyil həm də gözəl müəllim idi.Həmişə onun əlində qələm,qarşısında litab görmüşəm.

Asudə vaxtlarında bele kitab oxuyar mütaliə edərdi.Həmişə elm arxasinca qaçardı.Atamın yalnız bir arzusu vardı,övladlarıni özü kimi savadlı görmək,alim etmək.Çox təəssüf ki, bu arzusunu sona qədər yerinə yetirə bilmədi.Atamın yoxluğuna inamaq çox çətindir.Onsuz sanki zaman dayanıb.O,mənim üçün o qədər əzizdir ki, kəlimələrlə ifadə etməkdə çətinlik çəkirəm.Onun gülər üzü ,gözəl siması gözlərimin önündən getmir.

Mən yalnız atamı deyil,müəllimimi,səmimi,xeyirxah,müqəddəs bir varlığı gözəl bir şəxsiyyəti itirmişəm.Bu itki o qədər ağır,o qədər çətindir ki,insanı həyata küskün edir.

Mən bir gün atamın qapını döyərək içəri girəcəyi,alnımdan öpəcəyi ümidi ilə yaşayıram!

Qızı Bənövşədən

Dost itkisi çox ağırdır.Ondan da ağırı anım (xatirə) yazmaqdır.Tanrı yazısina nə deyəsən.Bircə onu demək olar ki,Elşən yadımızda elə gənclik tələbəlik çağındakı kimi qalıb.Gülərüz,təkcə çörəyini yox ürəyinidə dostlarinnan bölüşən o gözl oğlan elə yazın oğlan çağında “ Dünya duracaq yer deyil ey can səfər eylə” deyibən köçdü.Üzündəki təbəssümü qaldı.

Elə bil yuxudu,adam üzündəki təbəssümə ölənə kimi necə saxlaya bilər.Əli Kərimlinin ölməz misraları yada düşür

Ağlam könlüm kiri

Gözümdə yaş qalmayıb

Bu adda, bu nişanda

O gözəl gənc cahanda

Olmayıb olmayıb olmayıb

Tələbə yoldaşı Məğrub

“Əvəzolunmaz insan yoxdur”,-deyirlər. Mən bu fikirlə razılaşmıram. Həyatda elə insanlar var ki, onun yerini kimsə doldura bilmir. Mənim üçün də belə əvəzolunmaz insan iş yoldaşım mərhum Elşən müəllimdir. Yüksək ləyaqəti, nizam-intizamı, dərin savadı ilə digərlərindən fərqlənən Elşən müəllimin gülər üzü, nurlu siması indi də gözümün önündədir.

Nəinki müəllimlərin, hətta tələbələrin də sevimlisi olan bu alim yorulmadan gənc kimyaçıların yetişməsinə səy göstərirdi.Tələbələrə kimyanın sirlərini öyrətməklə yanaşı, onların mədəni, vətənpərvər, savadlı bir şəxsiyyət kimi formalaşmasına da çalışırdı. Sevindirici haldır ki, şərəfli ömür yolu keçmiş Elşən müəllimin kimyaya vurğunluğu onunla eyni kafedrada işləyən qızı Reyhan tərəfindən davam etdirilir.

İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək. Ancaq Elşən müəllim kimi gözəl, səmimi bir insanın, xeyirxah və savadlı bir alimin əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

Ölüm sevinməsin qoy, ömrünü vermir bada

El qədrini canından daha artıq bilənlər,

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Mətanət xanım-ADNA-da elmi işçi

Onun o qədər yaxşılığı olub ki, hətta ən çox kasıb və kimsəsiz insanlara yardım edirdi.

Elşən müəllim biliyini paylaşan və hər zaman tələbələrinin oxumasında xüsusi diqqət göstərməyi ilə seçilirdi.Allah, rəhmət etsin.

Tələbəsi Günel

Müəllif: Əziz Əlibəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR