• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

70 yaşlı qadının yatağında skileti tapıldı - FOTO

70 yaşlı qadının yatağında skileti tapıldı - FOTO

İsveçin Karlstad şəhərində ölən 70 yaşlı qadının 2 il sonra yatağında skileti tapılıb.

Publika.az xəbər verir ki, qadın 2 il əvvəl ürəktutmasından yatağında canını tapşırıb. Yaşlı qadını itirib axtaran omadığından yoxluğu da hiss olunmayıb.

Yalnız hamamlardakı nəmşiliyin səviyyəsini ölçən şirkətin evə girməsindən sonra qadının yataqda skileti tapılıb.

Pensiyasının vaxtlı vaxtında hesabına köçürüldüyündən qadının bütün kommunal ödənişləri də avtomatik olaraq kartından çıxılıb deyə dövlətə də heç bir borcu olmayıb.

İsveçdə belə hadisəyə tez-tez rast gəlindiyindən yaşlı insanların qohumları və qonşuları tərəfindən heç olmazsa həftədə iki kərə yoxlanılması tövsiyə olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR