Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq olimpiadanın qalibi olublar
Bizi izləyin

Qırmızı.az

Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq olimpiadanın qalibi olublar

Avropa Azərbaycan Məktəbinin şagirdləri Türkiyənin Antalya şəhərində keçirilmiş “Şagirdlərin və kollec tələbələrinin VI Beynəlxalq Bilik Olimpiadası”nın qalibi olublar.

Məktəbdən Publika.az-a verilən məlumata görə, 30-dan çox ölkəni təmsil edən məktəblilər arasında 8 nəfərdən ibarət komanda üzvlərindən Murad Zeynallı (coğrafiya), Vaqif Süleymanov (coğrafiya) və Günay Məmmədova (ingilis dili) birinci, Günay Məmmədova (riyaziyyat) ikinci, Vaqif Süleymanov (ingilis dili) və Əminə Hüseynli (riyaziyyat) üçüncü yerə layiq görülüblər. Şagirdlər “Mister Olimpiada” və “Miss Olimpiada” animasiya proqramları yarışlarında da Azərbaycanı layiqincə təmsil ediblər.

Şagirdlərin yaradıcı qabiliyyətlərinin, elmi-tədqiqat maraqlarının inkişafına, dünya təhsilində aktual məsələ olan bacarıq və kompetensiyaların formalaşması və tətbiqinə yönələn bu bilik yarışması xarici dillər - əsasən ingilis, rus, türk dillərinin inteqrasiyası, turizmin inkişafı, riyaziyyat, coğrafiya və digər fənlər üzrə bilik mübadiləsinin genişlənməsinə təsiri baxımından əhəmiyyətlidir.

Məktəblilərin beynəlxalq forumu, habelə, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi sahəsində də mühüm bir hadisə kimi dəyərləndirilməlidir.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib, dünyanın ən qabaqcıl təhsil standartları əsasında fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb beynəlxalq aləmdə ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) 2013-cü ildə üzv qəbul edilib, 2014-cü il sentyabrın 1-dən isə Beynəlxalq Bakalavriat Təşkilatının (İB) İbtidai Təhsil Proqramı (PYP) üzrə təhsil verəcək namizəd məktəb statusu qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm