• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sumqayıtdakı doğum evində uşaq ölümü ilə bağlı rəsmi açıqlama

Sumqayıtdakı doğum evində uşaq ölümü ilə bağlı rəsmi açıqlama

Səhiyyə Nazirliyi Sumqayıt şəhərində 1 saylı doğum evində uşağın mamaçanın əlindən düşərək ölməsi xəbərinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Publika.az-a verdiyi xəbərə görə, uşağın ölümünün ilkin səbəbi oksigen çatışmazlığı ilə doğulmasıdır.

“Uşaq normal 9 ayda doğulub, çəkisi 2.8 kq olub. Sadəcə, doğuş zamanı uşaqda oksigen çatışmazlığından göyərmə olub. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas edə bilməyiblər. Aparılan müayinə zamanı uşağın ürəyində sağa doğru genişlənmə olduğu müəyyən edilib”.

A.Qədirli uşağın travma nəticəsində ölməsi ilə bağlı iddialara da aydınlıq gətirib:

“Uşaq tarvma alıb, lakin bu, uşağın yerə düşməsi səbəbindən yox, oksigen çatışmazlığının beyində yaratdığı hipoksik qansızma nəticəsində baş verib. Uşağın valideynləri qohum olub və anada xroniki anemiya olub. Lakin ailə uşağın təşrihinə icazə vermədiyinə görə, ölümün əsas səbəbini müəyyən etmək üçün ekspertiza aparılmayıb”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR