• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İşdən qanunsuz çıxarılan 2 nəfər öz işinə bərpa olundu

İşdən qanunsuz çıxarılan 2 nəfər öz işinə bərpa olundu

Ötən ay işdən qeyri-qanuni azad olunan 2 nəfər öz işinə bərpa olunub. Bu barədə Publika.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.

Bundan əlavə, 2014-cü ilin oktyabr ayında işəgötürənlər tərəfindən ümumilikdə 26 327 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 26 037 manatını əmək haqları, 290 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.

Məlumatda bildirilir ki, əmək haqları və digər sosial xarakterli ödənişlərin verilməsi sahəsində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi bu sahədə müsbət dinamika ilə müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayı ilə müqayisədə gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği son bir ayda 19,8 faiz azalıb. DƏMX iş yerlərində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR