Ziya Bünyadov prospekti bu ay açılacaq
Bizi izləyin

Qırmızı.az

Ziya Bünyadov prospekti bu ay açılacaq

Ziya Bünyadov prospektinin Böyükşor küçəsi ilə kəsişməsində yerləşən tunelə qədər asfalt-beton işləri yekunlaşıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, paralel olaraq yol boyu səki hissəsində tamet daşlarının düzülməsi, işıq dirəklərinin quraşdırılması, piyada keçidlərinin tikintisi və Ziya Bünyadov prospektinin sonunda Böyük Şor qovşağına girmədən nəqliyyatın geri dönməsi üçün yeni hissə tikilir.

Hava şəraiti imkan verərsə, 9,2 km məsafədə asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin noyabr ayı ərzində yekunlaşması gözlənilir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm