Bakıda İŞİD təlim mərkəzinin olması xəbərinə RƏSMİ MÜNASİBƏT
Bizi izləyin

Qırmızı.az

Bakıda İŞİD təlim mərkəzinin olması xəbərinə RƏSMİ MÜNASİBƏT

Daxili İşlər Nazirliyi Bakıda İŞİD-in təlim mərkəzinin olduğu haqda yayılan xəbərlərə münasibət bildirib.


DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Publika.az-a açıqlamasında məsələni araşdıracaqlarını deyib.


“Bu xəbərdən məlumatımız var. Məsələ ilə bağlı maraqlanacayıq”, - deyə o, qısa olaraq münasibət bildirib.


Qeyd edək ki, “müsavat.com” saytı etibarlı mənbəyə istinadən Bakıda İŞİD-in təlim mərkəzinin olması haqda xəbər yayıb. Məlumata görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanı radikal qruplaşmalar tərəfindən təlim mərkəzi olaraq istifadə edilir.

Adıçəkilən mərkəzdə vəhhabilərin İŞİD-çi dəstələri formalaşdırdıqları iddia olunur. Mənbənin bildirdiyinə görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də, onlar gələcək döyüşlərə hazırlaşırlar.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm