Bu həftə əsl yaz havası olacaq
Bizi izləyin

Qırmızı.az

Bu həftə əsl yaz havası olacaq

Azərbaycanda mülayim hava şəraiti həftə ərzində davam edəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.


Bakıda və Abşeron yarımadasında noyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin müşahidə ediləcək, Lənkəran-Astara rayonlarında az yağış yağması ehtimalı var. Mülayim şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm