86 nəfər zəhərləndi
Bizi izləyin

Qırmızı.az

86 nəfər zəhərləndi

Bu ilin oktyabr ayında Azərbaycanda əhali arasında 78 qida zəhərlənməsi baş verib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən Publika.az-a verilən məlumata görə, zəhərlənmə nəticəsində 86 nəfər zərər çəkib.

Ötən ay bir botulizm hadisəsi olub. Tovuzda ev şəraitində hazırlanan pomidor turşusundan 7 nəfər zəhərlənib.

Bu ilin 10 ayı ərzində 1064 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1188 nəfər zərər çəkərək qidadan zəhərlənib. Ötən 10 ay ərzində 15 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 27 nəfər zərər çəkib. Botulizm nəticəsində aprel ayında 1 nəfər dünyasını dəyişib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm