Həbsxanadakı dava ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Həbsxanadakı dava ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Hüquq mühafizə orqanlarından Publika.az-a verilən məlumata görə, faktla bağlı Nizami Rayon Prokuroluğunda Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

13:29

Penitensiar Xidmət Nizami rayonu 6 saylı cəzaçəkmə müəssisəsində baş verən davayla bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, noyabrın 8-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı şəhərinin Nizami rayonunda yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup məhkum arasında məişət zəminində münaqişə baş verib.

Münaqişənin qarşısı qısa müddət ərzində müəssisə və Penitensiar xidmətin Baş idarəsinin əməkdaşlarının səyi ilə alınıb. Daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara bir daha qanunun tələbləri izah edilib, müəssisənin normal iş ahənginin pozulmasına yönələn hər hansı hərəkətlərin qarşısının qətiyyətlə alınacağı bildirilib.


Münaqişə zamanı cəzaçəkən məhkumlar və əməkdaşlar arasında heç bir xəsarət alan olmayıb. Hadisə ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nizami Rayon Prokurorluğuna təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm