Bakıda hərbi təhsil sistemi üzrə işçi görüşü keçirilir
Bizi izləyin

Qırmızı.az

Bakıda hərbi təhsil sistemi üzrə işçi görüşü keçirilir

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirdə hərbi təhsil sahəsində strateji planlaşdırmanın təşkili ilə bağlı beynəlxalq təcrübənin, o cümlədən NATO ölkələrinin bu sahədə təcrübəsinin öyrənilməsi və təhsil üzrə digər məsələlər barədə müzakirələr aparılır.

Ekspert Qrupunun üzvləri Hərbi Akademiyanın komandanlığı ilə görüşüb, kafedraların rəhbər və müəllim heyətilə dəyirmi masada strateji planlaşdırmanın təşkililə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda Hərbi Akademiyanın dinləyiciləri üçün milli təhlükəsizlik strategiyası, qloballaşma və təhlükəsizliklə bağlı mühazirələrin oxunması da planlaşdırılır.

Tədbir noyabrın 13-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm