200-ə yaxın məhkuma şəxsiyyət vəsiqəsi verildi
Bizi izləyin

Qırmızı.az

200-ə yaxın məhkuma şəxsiyyət vəsiqəsi verildi

Konstitusiya Günü münasibətilə 1300 məhkuma şəxsiyyət vəsiqəsi veriləcək.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, noyabrın 12-də Konstitusiya Günü münasibətilə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Penitensiar Xidmətin 10 və 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Penitensiar Xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Kadrlar İdarəsinin rəisi Zaur Əliyev, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis-mayoru Rəşad Hacıyev və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər.

Konstitusiya günü münasibətilə ümumilikdə 1300 məhkuma şəxsiyyət vəsiqəsinin verilməsinin nəzərdə tutulduğu, bu tədbirin gələcəkdə də davam etdiriləcəyi və şəxsiyyətlərini təsdiq sənədi olmayan bütün cəza çəkənlərin şəxsiyyət vəsiqəsi ilə təmin olunacağı bildirilib.

Sonda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 130, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 53 məhkuma şəxsiyyət vəsiqəsi təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm