Bakıda mənzildə qadın halsız vəziyyətdə tapılıb
Bizi izləyin

Qırmızı.az

Bakıda mənzildə qadın halsız vəziyyətdə tapılıb

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 1923-cü il təvəllüdlü qadın Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə halsız vəziyyətdə aşkarlanıb. Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm