“28 May” bağlanır
Bizi izləyin

Qırmızı.az

“28 May” bağlanır

Bakı Metropoliteninin “28 May” stansiyası bağlanır.

Bu barədə Publika.az-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, yaşıl xətlə qırmızı xəttin ayrılması ilə bağlı “28 May” stansiyasında iki tunel tikiləcək. Yeni tikilən tunellərin hər birinin uzunluğu isə 100 metr olacaq.

Planın icrası üçün Fransa şirkətilə müqavilə bağlandığını deyən N. Paşayevin sözlərinə görə, işin icra müddəti 38 aydır. İşin mərhələli şəkildə həyata keçiriləcəyini deyən Metropoliten rəsmisi bildirdi ki, işlər yekunlaşana yaxın “28 May” stansiyası 5 həftə bağlı qalacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm