Ermənistan Hərbi Hava Qüvvələrinin helikopteri vuruldu - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Ermənistan Hərbi Hava Qüvvələrinin helikopteri vuruldu - RƏSMİ

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər miqyasında düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki provokasiya xarakterli uçuşlar həyata keçirir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm