İŞİD-lə əlaqədə adı hallanan mərkəzə polis baxış keçirdi
Bizi izləyin

Qırmızı.az

İŞİD-lə əlaqədə adı hallanan mərkəzə polis baxış keçirdi

Mən yayılan xəbərdən məlumatsız idim. Bu haqda polis mənə məlumat verdi. Sivil qaydada bizimlə görüşmək istədiklərini dedi və mərkəzlə tanış oldular”.

Bu barədə Publika.az-a açıqlamasında adı İŞİD-çilərin təlimində hallanan “Baku Paintball Center”in əməkdaşı Fikrət Məmmədov deyib.


Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib, otaqları gəzib və hər şeyin qaydasında olduğu ortaya çıxıb: “Bizim bu günə qədər heç bir problemimiz olmayıb. Polisə də bizdən şikayət olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirdikdən sonra heç bir nöqsan aşkarlanmadı və məlumatların yalan olduğunu təsdiqləndi. Hazırda əvvəlki kimi fəaliyyətimizi davam etdiririk”.


Qeyd edək ki, musavat.com saytı bu gün etibarlı mənbəyə istinadən Bakıda İŞİD-in təlim mərkəzinin olması haqda xəbər yayıb. Məlumata görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanı radikal qruplaşmalar tərəfindən təlim mərkəzi olaraq istifadə edilir.

Adıçəkilən mərkəzdə vəhhabilərin İŞİD-çi dəstələri formalaşdırdıqları iddia olunur. Mənbənin bildirdiyinə görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də, onlar gələcək döyüşlərə hazırlaşırlar.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm