Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırıldı-RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırıldı-RƏSMİ

Düşmən helikopterini məhv edən hərbi qulluqçumuz mükafatlandırılıb.

Publika.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm