• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” sərgisi - FOTO

İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” sərgisi - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türk Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM), Türkiyə-Azərbaycan Dərnəyi və Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi açılıb.

Publika.az AzərTac-a istinadən xbər verir ki, açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin deputatları, İstanbuldakı beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, şəhər ictimaiyyətinin, eləcə də yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, təcavüzkar Ermənistanın işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi vəhşiliklər, xalqımıza qarşı törədilən hərbi cinayətlərin digər məqamları barədə məlumat verilib.

Taksimdəki Sərgi və Konfrans salonunda keçirilən sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından əvvəl və sonrakı vəziyyətini əks etdirən foto şəkillər, digər əyani vəsaitlər nümayiş etdirilir. Burada Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətləri yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş olunur.

Ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən kitab və jurnallar paylanır. Sərgi çərçivəsində noyabrın 14-də mövzu ilə bağlı elmi konfrans keçiriləcəkdir. Xatırladaq ki, belə bir sərgi sentyabr ayında Ankarada açılmışdı. Sərginin Avropa ölkələrində də təşkil olunması nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR