Gürcüstanda daha bir “qanuni oğru” yoxa çıxdı
Bizi izləyin

Qırmızı.az

Gürcüstanda daha bir “qanuni oğru” yoxa çıxdı

Ukraynadan Gürcüstana deportasiya edilmiş daha bir "qanuni oğru" yoxa çıxıb.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, parlament azlığının üzvü İrma Nadiraşvili onun “Batumi Lavasoqli” ləqəbi 33 yaşlı “qanuni oğru” olduğunu bildirib.

Deputatın sözlərinə görə, Ukrayna Daxili İşlər Nazirliyi “qanuni oğru”nun deportasiya edildiyini açıqlayıb, ancaq Gürcüstan hakimiyyəti onun yerinin məlum olmadığını bildirir.

"Mən Ukrayna Daxili İşlər Nazirliyinə inanıram, amma bizim hökumətimizə inanmıram. Təyyarəyə oturdulan daha bir qanuni oğru buxarlanıb”, - deyə İ.Nadiraşvili deyib.

Ukrayna KİV-inin məlumatına görə, Kiyev məhkəməsi “qanuni oğru”ya 2017-ci ilə qədər Ukrayna ərazisinə daxil olmağı qadağan edib.

Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyinin tədqiqatçıları ötən ay “qanuni oğru”ların Kiyevin mərkəzindəki bir mehmanxanada keçirilən yığıncağına mane olub. Ukrayna daxili işlər naziri Arsen Avakov qeyd edib ki, şam yeməyində bir araya gələn üç gürcüstanlı “qanuni oğru” Ukraynada nüfuz sahələrinin yenidən bölüşdürülməsi məsələlərini həll etməyə çalışırdılar.

Həbs olunanlar “Batumi Lavasoqli” ilə yanaşı Kutaisinin 38 yaşlı sakini “Vatiya” ləqəbili “qanuni oğru” və “Suxumi” qruplaşmasının nümayəndəsi 43 yaşlı “Quqa” ləqəbli “qanuni oğru” olub. “Batumi Lavasoqli” il yarım ərzində Ukrayna ərazisində 4 dəfə saxlanılıb. Məlumata görə, “qanuni oğru”ların Kiyevdə keçirdiyi toplantıda kömürün çatdırılması, Ukraynada sərnişin daşınmaları və kəhrəbanın qeyri-qanuni ölkədən çıxarılması sahələrində nüfuz dairəsinin bölüşdürülməsi xüsusi müzakirə mövzusu olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm