Bakı metrosunda yenə problem yaşandı: sərnişinlər qatardan çıxarıldı
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda yenə problem yaşandı: sərnişinlər qatardan çıxarıldı

Bu gün səhər saatlarında Bakı metrosunun fəaliyyətində problem yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, nasazlıq saat 09.38-də “Həzi Aslanov” stansiyasından gələn 4 saylı marşrutda olub

“Koroğlu” stansiyasında sərnişinlər boşaldılıb, qatar depoya göndərilib. Qatara ilkin baxış zamanı problemin tormoz sistemində olduğu müəyyən edilib. Həmin vaxt qatarda 4 dəqiqə gecikmə olub və digər qatarlarda da müəyyən ləngimələr qeydə alınıb. Nasaz qatarın yerinə xəttə başqa qatar buraxılıb”.

N.Paşayev onu da əlavə edib ki, hazırda qatarların hərəkətində problem yoxdur, qatarlararası interval normaldır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm